Fəalİyyət sahələrİ
SƏNAYE TİKİNTİSİ
“Capital Construction” MMC -in mühəndis heyəti, həmiçinin neft sənayesində də müxtəlif obyektlərinin tikintisi və təmiri üzrə geniş təcrübəyə sahibdir. Şirkətimiz, neft mənşəli çənlərin tikintisi, təmiri, qumlanması və boyanması işlərini yüksək peşəkarlıqla icra edir.
Bu sahədə çənlərin korroziyadan qorunmasına xüsusi önəm verilir; izolyasiya işləri çənlərin uzunmüddətli istifadəsini, enerji effektivliyini və təhlükəsizliyini təmin edir. Eyni zamanda, aşağı və yüksək təzyiqli neft kəmərlərinin tikintisində mütəxəssis komandamız fəaliyyət göstərir. Neft kəmərlərinin inşası zamanı texniki təhlükəsizlik standartlarına tam uyğunluq təmin olunur, bu da kəmərlərin dayanıqlı və təhlükəsiz istifadəsini zəmanət altına alır.
Bizim məqsədimiz neft sektorundakı tərəfdaşlarımıza səmərəli, keyfiyyətli və etibarlı həllər təqdim etmək, onların layihələrini vaxtında və yüksək standartlara uyğun başa çatdırmaqdır.